AZ

Britaniyalı 8 gün yuxusuz qaldı – Nəticədə peşəsini dəyişdi - FOTO

Britaniyalı Tommi Qreyvs səkkiz gün ərzində demək olar ki, yatmadığı və bunun nəticəsində psixoz keçirməsi barədə danışıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Metro nəşri yazıb.
 

Böhran 2021-ci ildə Qreyvs xeyriyyə layihəsi hazırlayarkən və güclü stresslə üzləşərkən başlayıb. Təxminən bir həftəlik yuxusuzluq onun vəziyyətinin sürətlə pisləşməsinə səbəb olub. Altıncı gün 27 yaşlı kişi psixiatriya şöbəsinə yerləşdirilib və ona dərman müalicəsi ilə yanaşı terapiya təyin olunub.


Lakin həmin vaxt Qreyvs tibbi personala etibar etmədiyini, özünü televiziya şousunda hesab etdiyini bildirib.

“Reallıqda mövcud olmayan şeyləri eşidir, düşünür və görürdüm”, – deyə o xatırlayır.

Xəstəxanada ona stress və kəskin yuxu çatışmazlığı nəticəsində yaranmış manik epizod və psixoz diaqnozu qoyulub. Fiziki bərpa təxminən dörd həftə çəkib, lakin emosional nəticələr daha uzun müddət davam edib. Xəstəxanadan çıxdıqdan sonra Qreyvs güclü utanc və depressiya hissi yaşayıb. Həkimlər onu xroniki yuxusuzluq halında reallıqla əlaqənin yenidən pozula biləcəyi barədə xəbərdar ediblər.

Sonrakı illərdə o, yuxunun psixi sağlamlığa təsirini araşdırıb və 2025-ci ilin aprelində peşəsini dəyişərək sertifikatlı yuxu məşqçisi olub.

Onun sözlərinə görə, Böyük Britaniyada təxminən hər üç nəfərdən biri həyat tərzi səbəbindən yuxusuzluqla üzləşir. Gecə gec yatmaq, həftə sonları rejimin pozulması və iş günlərində erkən oyanmaq xroniki yuxu çatışmazlığı yaradır.
 

Hazırda Tommi sərt rejimə əməl edir: sabit yatma və oyanma saatı, yatmazdan 90 dəqiqə əvvəl elektron cihazlardan imtina, axşam saatlarında zehni yüklənmənin azaldılması, yatmazdan bir neçə saat əvvəl yeməkdən imtina.


O vurğulayır ki, yuxu birbaşa psixi sağlamlığa təsir göstərir və həm mövcud pozuntuları ağırlaşdıra, həm də yeni problemlərin yaranmasına səbəb ola bilər.




Bizim.Media

Seçilən
9
1
bizim.media

2Mənbələr