AZ

Tanınmış jurnalist Meksikada çıxılmaz durumda qalıb

Meksika xüsusi xidmət orqanlarının ölkənin Jalisco ştatında keçirdiyi və “Xalisko Yeni Nəsil” narkokartelinin “El Menço” ləqəbli rəhbəri Ruben Nemesio Oseqera Servantesin məhv edilməsindən sonra bölgədə gərginlik artıb. Ştatın paytaxt Guadalajara başda olmaqla müxtəlif şəhərlərdə zorakılıq hadisələri qeydə alınıb.

“Yeni Sabah” xəbər verir ki, tətil məqsədilə Meksikada olan türkiyəli tanınmış jurnalist Cüneyt Özdemir sosial şəbəkə hesabında paylaşım edərək toqquşmalar səbəbindən ölkədən çıxa bilmədiklərini deyib.

O, vəziyyəti yaxından izlədiklərini və Türkiyənin Meksikadakı səfirliyi ilə əlaqə saxladıqlarını qeyd edib.

Xatırladaq ki, rəsmi məlumatlara görə, ölkənin ən böyük cinayət qruplaşmalarından biri olan “Xalisko Yeni Nəsil” kartelinin lideri Ruben Nemesio Oseqera Servantes Tapalpa şəhərində keçirilən əməliyyat zamanı zərərsizləşdirilib.

Onun yerini deyən şəxsə ABŞ 15 milyon, Meksika hökuməti 10 milyon dollar mükafat vəd etmişdi.

Narkokartelinin öldürülməsindən sonra kartel üzvlərinin bir neçə bölgədə hərəkətə keçdiyi bildirilib.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Seçilən
11
yenisabah.az

1Mənbələr