Sumqayıtda yeniyetmə bədbəxt hadisə nəticəsində ölüb.
Bizim.Media "Report.az"a istinadən xəbər verir ki, hadisə şəhərin 45-ci məhəllə ərazisində qeydə alınıb.
İlkin məlumata görə, 17 yaşlı qız binadan yıxılaraq ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Məlumata əsasən, yeniyetmənin ehtiyatsızlıq nəticəsində binadan yıxıldığı bildirilir.
Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.
Bizim.Media