Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycana 28,9 milyon ABŞ dollarıdəyərində 129,9 min ton buğda idxal edilib.
Trend bubarədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyərifadəsində 10,2 milyon ABŞ dolları və ya 54,4%, həcm baxımından isə43,3 min ton və yaxud 49,9% çoxdur.
Buğda idxalı ölkənin bu ilin yanvar ayının ümumi məhsulidxalında 2,22% paya malik olub.
Dövlət Statistika Komitəsinin məlumatına görə isə 2026-cı ilinyanvar ayında ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun ortaqiyməti 395,55 manat təşkil edib.