Bakı. Trend:
Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyatakeçirilmiş tədbirlər nəticəsində növbəti dəfə xüsusilə küllimiqdarda psixotrop maddə aşkar edilərək qanunsuz dövriyyədənçıxarılıb.
Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsi (DGK) Mətbuat vəİctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.
Bildirilib ki, narkotik vasitə "Sədərək" gömrük postunda ölkəərazisindən tranzit keçməklə İrandan Türkiyəyə gedən nəqliyyatvasitəsində aşkar olunub. "X-ray" stasionar rentgen qurğusundaaparılan baxış zamanı nəqliyyat vasitəsinə aid qoşqudayerləşdirilmiş akkumulyatorda şübhəli cizgilər müşahidəedildiyindən əsaslı gömrük yoxlaması həyata keçirilib.
Yoxlama zamanı akkumulyatorun içərisinə malların aşkarlanmasınıçətinləşdirən üsulla yerləşdirilmiş 6 ədəd sellofan paketdəümumilikdə təmiz çəkisi 5 kiloqram 254,397 qram olan xüsusilə küllimiqdarda psixotrop maddə - metamfetamin aşkar edilib.
Faktla bağlı aradırma aparılır.