AZ

Dövlət Departamenti narkobaronun öldürülməsini “əla hadisə” adlandırdı

ABŞ dövlət katibinin müavini Kristofer Landau "Xalisko Yeni Nəsil" (CJNG) narkotik kartelinin lideri El Mençonun (Nemesio Osequera Servantes) öldürülməsini "əla hadisə" adlandırıb.

"Yeni sabah" xəbər verir ki, o, sosial media platforması X-də yazıb:

"Mənə indi məlumat verildi ki, Meksika təhlükəsizlik qüvvələri ən qanlı və amansız narkotik baronlarından biri olan El Mençonu məhv edib. Bu, Meksika, ABŞ, Latın Amerikası və dünya üçün əla hadisədir".

Landau qeyd edib ki, bununla da "yaxşı adamlar pis adamlardan daha güclü olduqlarını sübut etdilər".

Dövlət katibinin müavini Meksikanın hüquq-mühafizə orqanlarını təbrik edib.

Xatırlatma: fevralın 22-də El Mençoya sui-qəsd barədə xəbərlərdən sonra Meksikanın ən azı 5 ştatında kütləvi iğtişaşlar baş verib. Meksika Milli Müdafiə Nazirliyinin məlumatına görə, narkobaron xüsusi əməliyyat zamanı ağır yaralanıb. O, Mexiko şəhərindəki xəstəxanaya helikopterlə aparılarkən ölüb.

Xalisko ştatı iğtişaşların mərkəzinə çevrilib. Bazar günü səhər Tapalpa bələdiyyəsində federal əməliyyat keçirilib. Təhlükəsizlik qüvvələrinin hərəkətlərinə cavab olaraq, narkotik kartelinin üzvləri magistral yolları bağlayıb. Ştatın paytaxtı Qvadalaxara, Tala, Tapalpa və kurort şəhəri Puerto Vallartada avtomobillər yandırılıb.


Telegram kanalımız
Seçilən
18
yenisabah.az

1Mənbələr