AZ

Tarix Əliyev Səidə Sultanı polisə şikayət etdi

Tarix Əliyev, Səidə Sultan ilə canlı yayım zamanı yaşadığı gərginlikdən sonra 102 xidmətinə zəng edərək onu şikayət edib.

KONKRET.az xəbər verir ki, o bildirib ki, Səidə Sultan canlı efirdə onu və bir sıra aparıcıları təhqir edib. Tarix Əliyevin sözlərinə görə, səsləndirilən ifadələr həm onun şəxsi nüfuzuna, həm də televiziya aparıcılarının ünvanına yönəlmiş təhqir xarakterli olub.

Hadisə sosial şəbəkələrdə, xüsusilə TikTok platformasında geniş müzakirələrə səbəb olub. Canlı yayım zamanı bir neçə tanınmış sima da müzakirəni izləyənlər arasında olub.

Hazırda məsələ ilə bağlı tərəflərin rəsmi açıqlaması gözlənilir.

Seçilən
27
konkret.az

1Mənbələr