AZ

Yuxusuzluğun altından başqa səbəb çıxdı: Əslində...

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Əgər funksiya zəifləyirsə, insan daimi yorğunluq hiss edir. Yuxululuq yaranır və vərdiş edilən həyat tempini qorumaq çətinləşir". Bu fikirləri rusiyalı endokrinoloq Anna Dzyuba bildirib. Onun sözlərinə görə səbəbsiz əsəbiliyin arxasında çox vaxt qalxanvari vəzin həddindən artıq hormon ifraz etməsi, yəni hipertireoz dayanır.Demokrat.az xəbər verir ki, yuxu rejimin pozulması və daimi gərginlik hissi hər zaman yorğunluqla bağlı olmaya bilər. Mütəxəssislər bildirirlər ki, qalxanvari vəzin fəaliyyətindəki dəyişikliklər birbaşa insanın yuxu keyfiyyətinə və ümumi əhval-ruhiyyəsinə təsir edir.Həkim qeyd edir ki, belə hallarda insanlarda daxili gərginlik, ürək döyüntülərinin artması və həddindən artıq tərləmə müşahidə olunur. Həmçinin qəfil çəki itkisi və əllərdə əsmə də xəstəliyin əsas göstəricilərindən hesab olunur. Qalxanvari vəzin fəaliyyəti zəiflədikdə isə dəri quruyur, saçlar zəifləyir və hətta isti otaqda belə üşütmə hissi yaranır.Həkim əlavə edib ki, qidalanma rejimi dəyişmədiyi halda çəki artımı, diqqət dağınıqlığı və iş qabiliyyətinin aşağı düşməsi də bu orqanın fəaliyyətinin pozulmasından xəbər verir. Bənzər əlamətlər bəzən maqnezium çatışmazlığı zamanı da özünü göstərir ki, bu da həyəcan pozuntusu və panik ataklara yol aça bilir.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
demokrat.az

1Mənbələr