Göyçayda zəncirvari qəza baş verib.
Bizim.Media xəbər verir ki, hadisə Göyçayın Bərgüşad avtomobil yolunda qeydə alınıb.
İlkin məlumata əsasən hərəkətdə olan üç minik avtomobili toqquşub. Nəticədə xəsarət alanlar olub.
Hadisə yerinə FHN-nin xilasediciləri və polis ə cəlb olunub. Xəsarət alan şəxslər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır. (Apa.az)

Bizim.Media