AZ

Cənubi Koreya ilə Rusiya arasında QALMAQAL: “Qələbə bizim olacaq” banneri...   

Cənubi Koreya Rusiyanın Ukraynaya hücumunun dördüncü ildönümündən bir neçə gün əvvəl,  bu həftə sonu Seuldakı Rusiya səfirliyinin qarşısına "Qələbə bizim olacaq”  yazılmış nəhəng bannerin yerləşdirilməsini pisləyib.

Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, Cənubi Koreya Xarici İşlər Nazirliyinin bazar günü verdiyi açıqlamada deyilir: "Cənubi Koreya hökuməti həmişə Rusiyanın Ukraynaya müdaxiləsinin qanunsuz bir hərəkət olduğunu iddia edib. Bu kontekstdə, Rusiya tərəfini Seuldakı Rusiya səfirliyinin xarici divarlarında son zamanlar asılmış banner və Rusiyanın Cənubi Koreyadakı səfirinin açıqlamaları ilə bağlı mövqeyimizi bildirmişik ".

Bu hadisə Rusiyanın 24 fevral 2022-ci ildə Ukraynaya başladığı genişmiqyaslı hücumunun dördüncü ildönümündən bir az əvvəl baş verib. Şimali Koreya hərbi texnika ilə təchiz edir və Moskva ilə birlikdə Ukraynaya qarşı döyüşmək üçün minlərlə əsgər göndərib. Seulun məlumatına görə, onlardan ən azı 2000-i öldürülüb.

Rusiyanın Seuldakı səfiri Georgi Zinovyev bu yaxınlarda Cənubi Koreyalı jurnalistlərlə görüşündə  Şimali Koreya qoşunlarının Kursk bölgəsinin cənub hissəsinin Ukrayna qüvvələrindən azad edilməsinə verdiyi töhfənin vacibliyini  vurğulayıb. Bu barədə "Çosun İlbo" qəzeti məlumat yayıb .

Qeyd edək ki, 2024-cü ildə Cənubi Koreya Rusiya ilə Şimali Koreya arasında müdafiə müqaviləsini təsdiqləməsindən sonra ciddi narahatlığını bildirib. Seul və Pxenyan Koreya müharibəsindən (1950-1953) sonra heç vaxt sülh müqaviləsi imzalamayıblar.

Aydın Baxış

Seçilən
16
1
bakivaxti.az

2Mənbələr