AZ

Səfirlik iğtişaşlar fonunda Meksikada olan Azərbaycan vətəndaşlarına çağırış etdi

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Meksikanın bəzi bölgələrində təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq, Meksikada səfərdə olan və ya müvəqqəti yaşayan Azərbaycan Resoublikası vətəndaşlarına Xalisko ştatı, eləcə də qonşu Miçoakan, Quanaxuata, Kolima, Aquaskalientes, Zakatekas və Nayarit ştatlarında yerli dövlət orqanları tərəfindən verilən təhlükəsizlik tövsiyələrini diqqətlə izləmələri və onlara ciddi şəkildə riayət etmələri tövsiyə olunur".

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın Meksikadakı səfirliyinin sosial şəbəkə hesabında yaydığı müraciətində deyilir.

Səfirlik vətəndaşlardan ayıq-sayıq olmağı, şəxsi təhlükəsizlik qaydalarına əməl etməyi, kütləvi toplaşmalardan və riskli ərazilərdən uzaq durmağı, həmçinin yalnız rəsmi mənbələrdən yayımlanan məlumatları izləməyi xahiş edib.

Həmçinin səfirliyin konsulluq şöbəsinin qaynar xətt telefonları: +52 5511 907 092, +52 5555 404 109 ilə də əlaqə saxlamaq mümkündür.

Посмотреть эту публикацию в Instagram

Публикация от Embajada de Azerbaiyán,México (@azembassymex)

Xatırladaq ki, fevralın 22-də Meksikada narkokartel liderlərindən birinin öldürülməsi böyük iğtişaşa səbəb olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
26
oxu.az

10Mənbələr