AZ

Leonardo DiKaprionun filmi BAFTA mükafatlarında qalib gəldi

Amerikalı rejissor Pol Tomas Andersonun rejissorluğu ilə Leonardo Di Kaprionun baş rolda oynadığı "Döyüşdən sonra döyüş" filmi altı Britaniya Film və Televiziya Sənəti Akademiyası (BAFTA) mükafatına layiq görülüb.

Ucnoqta.az xəbər verir ki, bu 79-cu Britaniya Film və Televiziya Sənəti Akademiyası (BAFTA) mərasimində verilib.

Qara komediya filmi ümumilikdə 14 mükafata namizəd göstərilib.

"Ən yaxşı film", "Ən yaxşı rejissor", "Ən yaxşı ikinci dərəcəli aktyor" (Şon Penn), "Ən yaxşı montaj", "Ən yaxşı operator işi" və "Ən yaxşı yazılmış ssenari" nominasiyalarında "Bürünc Maska" mükafatlarını qazanıb.

Seçilən
23
1
ucnoqta.az

2Mənbələr