AZ

Azərbaycan Tibb Universiteti səsgücləndirici və foto-avadanlıqlar alacaq – 536 min manatdan çox vəsait ayrılıb

Azərbaycan Tibb Universiteti tələb olunan müxtəlif səsgücləndirici və foto-avadanlıqların satın alınmasını planlaşdırır.

32gun.az xəbər verir ki, Satınalınacaq avadanlıqlar arasında tam diapazonlu və sabvufer tipli səsgücləndiricilər, fırlanan braketlər, peşəkar mikserlər və simsiz mikrofon sistemləri yer alır. Avadanlıqların texniki göstəriciləri konsert və səhnə fəaliyyətləri üçün uyğun gücə, tezlik diapazonuna və yüksək keyfiyyətli audio performansına cavab verir.
Layihənin ehtimal olunan dəyəri 536.755,10 AZN təşkil edir. Həmçinin, alınacaq sistemlər universitetin auditoriyaları və tədbir zalında müasir səsgücləndirmə və audio vizual imkanların təmin olunmasına yönəlib.
Bu satınalma ilə universitetin tələbə və müəllim heyətinin təhsil və elmi fəaliyyətləri zamanı istifadə üçün peşəkar səsgücləndirmə və qeyd avadanlıqları təmin ediləcək.
Seçilən
35
yenilik.az

1Mənbələr