AZ

İranın yol və şəhərsalma naziri Bakıya gəldi

İranın yol və şəhərsalma naziri xanım Fərzanə Sadiq Azərbaycana gəlib.

 

Senzor.az bildirir ki, bu barədə İslam Respublikasının Bakıdakı səfilriyi məlumat yayıb.

 

Bildirilib ki, naziri Bakıda Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, eləcə də İranın Azərbaycandakı səfiri qarşılayıblar.

 

Qeyd olunub ki, nazir İran və Azərbaycan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 17-ci iclasında iştirak edəcək.

 

Bununla yanaşı, onun Azərbaycanın yüksək səviyyəli siyasi və iqtisadi rəsmiləri ilə bir sıra görüşlər keçirməsi planlaşdırılır.

 

"Bu səfərin gündəliyinə iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyətinin hərtərəfli qiymətləndirilməsi, mövcud maneələrin aradan qaldırılması, habelə nəqliyyat, enerji, ticarət və mədəni əməkdaşlıq sahələri başda olmaqla, birgə iqtisadi layihələrin icrasının sürətləndirilməsi məsələləri daxildir", - məlumatda vurğulanıb.


Seçilən
3
5
senzor.az

10Mənbələr