AZ

Ölümdən dönən AZYAŞLI: Süpürgəçi pəncərədən düşən uşağı havada TUTDU

Sankt-Peterburqda fədakar süpürgəçi pəncərədən yıxılan uşağı xilas edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Rusiyanın Sankt-Peterburq şəhərində əsl qəhrəmanlıq hadisəsi baş verib. Binaların birində azyaşlı uşaq açıq pəncərənin yaxınlığında oynayarkən karnizdən yapışaraq asılı qalıb və daha sonra qəfildən aşağı düşüb.

Ərazidə işləyən süpürgəçi uşağı hələ mənzildə pəncərəyə yaxınlaşarkən görüb və ona uzaqlaşması üçün qışqırıb.

Uşaq yıxılan an isə kişi onu havada tutmağı bacarıb.

Hadisə nəticəsində azyaşlı sağ qalıb. Lakin uşağı xilas edən süpürgəçi ağır xəsarətlər alıb – həkimlər onun bilək nahiyəsində və qabırğalarında sınıqlar aşkarlayıblar.

Hazırda hər iki şəxs xəstəxanada həkim nəzarətindədir.

Məlum olub ki, xilas edilən oğlanın anası tanınmış sahibkar və podkast müəllifi Nadejda Amranidir.

Hadisə baş verən an qadın mənzildə, lakin qonşu otaqda olub.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
16
interpress.az

1Mənbələr