AZ

İctimai Şuranın sədri vətəndaş qəbulunda iştirak edib - FOTOLAR

Dövlət Məşğulluq Agentliyində vətəndaş müraciətləri dinlənilib

QHT.az xəbər verir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədov Dövlət Məşğulluq Agentliyində keçirilən vətəndaş qəbulunda iştirak edib. Qəbul Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov tərəfindən Bakı şəhərində təşkil olunub. Görüş zamanı vətəndaşların məşğulluq, işlə təminat, sosial müdafiə və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.

Elşad Məmmədov bildirib ki, vətəndaş qəbulu yüksək peşəkarlıq səviyyəsində təşkil olunub:

"Müraciətlər üzrə ətraflı və məzmunlu fikir mübadiləsi aparılıb, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib. Qəbul zamanı vətəndaşların problemlərinin operativ araşdırılması və qanunvericiliyə uyğun şəkildə həll olunması üçün aidiyyəti qurum nümayəndələrinə konkret göstərişlər təqdim edilib".

 

Pərvanə Fərhadqızı

Seçilən
13
qht.az

1Mənbələr