AZ

Baş məşqçisi: Nəticəyə görə çox kədərliyik

Mia.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkiyə Super Liqasının 23-cü həftəsində komandası "Beşiktaş"a 4-0 hesabı ilə məğlubiyyətdən sonra "Göztepe"nin  komandasının baş məşqçisi Stanimir Stoilov jurnalistlərə açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Stanimir Stoilov "Beşiktaş"ı təbrik edib: "Buraxdığımız qollarda sadə səhvlərə yol verdik və təəssüf ki, çox pis nəticə ilə oyundan ayrılırıq. Dinamiklik və taktika baxımından yaxşı idik, amma bu sadə səhvlər rəqibə üstünlük verdi. "Beşiktaş" mövsümün ortasında vacib transferlər edib. Onların yaxşı və keyfiyyətli oyunçuları var. Belə bir komandaya qarşı hər səhv baha başa gəlir. Bu gün əldə etdiyimiz nəticəyə görə çox kədərliyik".

Fərid ASLAN

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
mia.az

1Mənbələr