AZ

“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və bir Şəhid anasının SƏRT MÖVQEYİ

Vaşinqtonda Azərbaycan Prezidentinə qarşı törədilmək istənilən təxribat bir daha göstərdi ki, bəzi dairələr ölkəmizin güclənməsini həzm edə bilmir. Lakin unudurlar ki, bu dövlət 30 il işğal acısı yaşamış, minlərlə şəhid vermiş və qanı bahasına ayağa qalxmış bir millətin dövlətidir. Azərbaycan Prezidenti təkcə bir siyasi fiqur deyil — o, bu xalqın iradəsini təmsil edir.

Bu sözləri "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova QHT.az-a bildirib. O, qeyd edib ki, “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İB olaraq açıq və qəti şəkildə bəyan edirik: Xaricdə dayanıb öz dövlətinin başçısına qarşı təhqir və aqressiya nümayiş etdirmək nə cəsarətdir, nə demokratiya — bu, açıq-aşkar milli ləyaqətsizlikdir. Dövlətinə qarşı düşmən dili ilə danışanlar heç vaxt Vətən sevgisindən danışa bilməz:

"Bir Şəhid anası olaraq deyirəm: Vətən yananda, torpaq işğal altındaykən, oğullarımız səngərdə can verəndə harada idiniz? O zaman susanlar, gizlənənlər, qorxub kənarda duranlar bu gün xarici paytaxtlarda hay-küy salmaqla qəhrəmanlıq nümayiş etdirdiklərini düşünməsinlər. Əsl mövqe dar gündə bilinir! Şəhid anaları dövlətinin yanında oldu, Ordusuna güvəndi, Prezidentinə arxa durdu. Çünki biz yaxşı bilirik: bu bayraq şəhid qanı ilə ucalıb.

Azərbaycanın dövlətçiliyinə, Prezidentinə və milli birliyinə qarşı yönələn hər cəhdə qarşı mövqeyimiz qətidir və dəyişməzdir. Heç kim unutmasın — bu Vətən sahibsiz deyil!"

Seçilən
13
qht.az

1Mənbələr