AZ

Vereşçuk: Lvovdakı terror aktından sonra Telegram məhdudlaşdırılmalıdır...

Prezident ofisi rəsmisi messencerin müharibə dövründə terrorçu fəaliyyət üçün istifadə edildiyini bildirir...

Ukrayna prezident ofisi rəhbərinin müavini İrina Vereşçuk Lvov şəhərində baş vermiş terror aktından sonra Telegram messencerinin fəaliyyətinin məhdudlaşdırılmasının zəruri olduğunu bildirib. 

Poliqon xəbər verir ki, Vereşuk bu barədə öz Telegram kanalında paylaşım edib.

Vereşçukun sözlərinə görə, Lvovda törədilən terror aktı döyüş əməliyyatları şəraitində informasiya məkanında Telegram və oxşar anonim platformaların fəaliyyəti məsələsini yenidən gündəmə gətirib. O qeyd edib ki, “düşmən” messencerdən terrorçuların cəlb edilməsi, onların fəaliyyətinin əlaqələndirilməsi və terror aktlarının həyata keçirilməsi üçün sistemli şəkildə istifadə edir.

Rəsmi bildirib ki, insanların həyatının və milli təhlükəsizliyin qorunması naminə belə platformaların imkanlarını məhdudlaşdırmaq tələb olunarsa, bu addım atılmalıdır. Onun fikrincə, müharibə şəraitində informasiya təhlükəsizliyi məsələsi xüsusi əhəmiyyət daşıyır.

Xatırladaq ki, fevralın 22-də Lvovda iki güclü partlayış baş verib. Nəticədə 25 nəfər, o cümlədən polis əməkdaşları xəsarət alıb. Onlardan altısının vəziyyəti ağır qiymətləndirilir. 23 yaşlı qadın polis əməkdaşı aldığı xəsarətlərdən həyatını itirib.

Hüquq-mühafizə orqanları şübhəli bilinən terror aktı icraçısını, qadın şəxsi saxlayıb. Məlumata görə, onun Ukrayna vətəndaşlığı var. Hadisə ilə bağlı istintaq tədbirləri davam etdirilir.

Poliqon.info

Seçilən
23
poliqon.info

1Mənbələr