AZ

Şəmkirdə 36 yaşlı şəxsin meyiti yol kənarında tapıldı

BAKI, 23 fevral. TELEQRAF

ŞƏMKİR, 23 fevral. Teleqraf

Şəmkir rayonunun Abbaslı kəndində yol kənarında 36 yaşlı şəxsin meyiti tapılıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Çinarlı qəsəbə sakini, 1990-cı il təvəllüdlü Elçin Qurbanovun rayonun Abbaslı kəndi ərazisində meyiti aşkarlanıb.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb edilib. İlkin baxış zamanı meyitin üzərindəzorakılıq əlamətləri olmayıb.

Hadisə ilə bağlı Şəmkir Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Seçilən
23
9
teleqraf.com

10Mənbələr