AZ

Kürdəmirdə qəza: xəsarət alanlar var

Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı dörd nəfər xəsarət alıb.

"Yeni Sabah" xəbər verir ki, hadisə rayonun Aran 1 qəsəbəsində qeydə alınıb.

Belə ki, "AUDİ" markalı avtomobil dörd nəfəri - 40 yaşlı Şairə Əzizova, 61 yaşlı Şahnaz Abdullayeva, 12 və 13 yaşlı R.A. ilə Y.Ə.-ni vurub.

Yaralılar dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub. Hadisənin baş vermə səbəbləri araşdırılır./Report


Telegram kanalımız
Seçilən
10
yenisabah.az

1Mənbələr