AZ

Meksikanın ən böyük narkokartelinin lideri öldürüldü

Axar.az saytına istinadən ain.az xəbər verir.

Meksikanın ən böyük narkokartellərindən biri olan "Halisko Yeni Nəsil"in lideri "El Menço" ləqəbli Nemesio Osegera Servantes silahlı qüvvələrin keçirdiyi xüsusi əməliyyat zamanı məhv edilib.

Axar.az xəbər verir ki, bu barədə "Milenio" qəzeti mənbələrə istinadən məlumat yayıb.

"Bazar günü Talpa de Allyende (Xalisko ştatı) bələdiyyəsində ordunun keçirdiyi əməliyyat zamanı cinayətkar qruplaşmanın lideri öldürülüb. Təhlükəsizlik qüvvələrinin ölkənin altı regionunda, o cümlədən Xalisko, Miçoakan, Kolima, Tamaulipas, Quanaxuato və Aquaskalientes ştatlarında keçirdiyi əməliyyatlara cavab olaraq kartel üzvləri magistral yolları bağlamağa başlayıblar.

Servantes "El Çapo" ləqəbli Xoakin Qusmanın həbsindən sonra ölkənin ən güclü narkobaronu sayılırdı", - mənbə bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
axar.az

1Mənbələr