AZ

"Gəncə" "Kəpəz"in acığını "Sabah"dan çıxdı - kubok + 25 min manat!

"Sabah"ın futbol komandası "Kəpəz" üzərində qələbə sayəsində "Qarabağ"la xal fərqini 7-yə çatdırdığı gün basketbol komandası uğursuzluğa düçar olub. Belə ki, "bayquşlar" ölkə kubokunun finalında gözlənilmədən "Gəncə"yə uduzub - 82:89 (21:26, 28:15, 16:15, 17:33). Gəncəlilər ikinci dəfə ölkə kubokunu qazanmaqla yanaşı, mükafat kimi Basketbol Federasiyasından 25 min manat da alıb. Xatırladaq ki, "Gəncə" ilk dəfə 2023-cü ildə ölkə kubokunu qazanmışdı.

Seçilən
14
football-plus.az

1Mənbələr