AZ

Trampın Əliyevə xüsusi simpatiyası var Brayza

Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ-ın Azərbaycandakı sabiq səfiri, amerikalı diplomat Metyu Brayza maraqlı açıqlama ilə çıxış edib.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, Brayza ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevin həm siyasətini, həm də şəxsi keyfiyyətlərini yüksək qiymətləndirdiyini bildirib.

Diplomatın sözlərinə görə, Trampın Əliyevə münasibəti sırf rəsmi çərçivə ilə məhdudlaşmır – burada şəxsi simpatiya amili də mühüm rol oynayır. O qeyd edib ki, Prezident Əliyevin “Sülh Şurası”na dəvət olunması Bakı ilə Vaşinqton arasında münasibətlərin daha da möhkəmlənməsinə əlavə impuls verə bilər.

Brayza vurğulayıb ki, Tramp Azərbaycanla strateji tərəfdaşlığı genişləndirmək niyyətindədir. ABŞ lideri Ermənistan–Azərbaycan sülh prosesinə töhfə verməklə Nobel Sülh Mükafatına namizəd olmaq perspektivini də nəzərdən keçirir.

Sabiq səfir həmçinin diqqətə çatdırıb ki, Tramp dəvət siyahısını şəxsən müəyyənləşdirib və diplomatik münasibətlərin olmadığı ölkələr – o cümlədən Şimali Koreya və İran istisna olmaqla, geniş dövlətlər dairəsini prosesə cəlb edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
3
axar.az

4Mənbələr