AZ

Bu kəndlərə bir neçə gündür canavarlar hücum edir

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Lənkəran və Masallıda canavarların kəndlərə hücumu bölgədə ciddi narahatlıq yaradıb.

“Qafqazinfo”nun verdiyi məlumata görə, bir neçə gündür ki, canavarlar kəndləri qorxu içində saxlayır.

Onlar əsasən, Lənkəran rayonunun Zövlə kəndində, eləcə də Masallı rayonunun Mollon və Mahmudavar kəndlərində mal-qaraya və atlara hücum edib.

Heyvanların ölməsi ilə vətəndaşlara ciddi maddi ziyan dəyib.

Kənd sakinləri məcbur qalaraq əllərinə müxtəlif təsərrüfat alətləri alıb canavarları yaşayış məntəqələrindən uzaqlaşdırmağa çalışırlar. Onlar artıq övladlarını məktəbə göndərməyə ehtiyat edirlər.

Sakinlər aidiyyəti qurumlardan canavarların kəndlərdən uzaqlaşdırılması üçün təcili tədbirlər gözləyirlər.

Surxay Şahbazov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
4
qafqazinfo.az

6Mənbələr