AZ

"Yuventus"un baş məşqçisinin taleyi 2 matçdan asılıdır

style='margin-bottom:10px;'>

"Yuventus" rəhbərliyi komandanın növbəti iki oyununun nəticəsinə əsasən baş məşqçi Luçano Spallettinin gələcəyi ilə bağlı qərarını verəcək.

QOL.az xəbər verir ki, "La Gazzetta dello Sport" nəşrinin məlumatına görə, turinlilərin Çempionlar Liqasında "Qalatasaray"a və A Seriyasında "Roma"ya qarşı keçirəcəyi matçlar mütəxəssis üçün həlledici olacaq. Bildirilir ki, bu qarşılaşmaların nəticəsindən həmçinin klubun baş direktoru Damyen Komollinin də işi asılıdır. 

Klub rəhbərliyi maliyyə vəziyyətini düzəltmək üçün növbəti mövsüm mütləq Çempionlar Liqasında iştirak etməyi hədəfləyir.

Xatırladaq ki, "Yuventus" artıq ardıcıl beş oyundur qələbə qazana bilmir. Komanda "Qalatasaray"la ilk görüşdə 2:5 hesablı məğlubiyyətə uğrayıb. Hazırda Turin təmsilçisi 46 xalla A Seriyasında beşinci, "Roma" isə 47 xalla dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, "Yuventus"un "Qalatasaray"la qarşılaşması fevralın 25-də, "Roma" ilə qarşılaşması isə martın 1-də baş tutacaq.

Seçilən
21
1
teleqraf.com

2Mənbələr