İsmayıllı rayonunun Sulut kəndində tibb məntəqəsinin bağlanacağı ilə bağlı yayılan məlumatlar sakinlər arasında narahatlıq yaradıb.
Xezerxeber.az xəbər verir ki, məntəqə təxminən 4 kənddə yaşayan 800 nəfərə tibbi xidmət göstərir. Hazırda isə məntəqənin bağlanacağı ilə bağlı iddialar yayılıb.
Sakinlərin sözlərinə görə, Kənd rayon mərkəzindən 40 kilometr məsafədə yerləşir, təcili tibbi yardıma ehtiyac yarandıqda bu məsafəni qət etmək onlar üçün çətin olur.
Məsələ ilə bağlı İsmayıllı Rayon Mərkəzi Xəstəxanasından "Xəzər Xəbər"ə bildirilib ki, Sulut Tibb Məntəqəsinin bağlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və tamamilə əsassızdır.
Qurumdan qeyd olunub ki, Sulut Tibb Məntəqəsi Sulut, Sərsurə və Kələzeyvə kəndlərinin sakinlərinə tibbi xidmət göstərir. Həmin kəndlər üzrə ümumilikdə 480-ə yaxın əhali yaşayır və məntəqə fəaliyyətini normal qaydada davam etdirir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.