İspaniya La Liqasının 25-ci turu çərçivəsində "Barselona" öz meydanında "Levante" üzərində inamlı qələbə qazanaraq rəqib qapısından cavabsız üç top keçirib.
Publika.az xəbər verir ki, bu uğur, İspaniya Kuboku çərçivəsində "Atletiko"ya 0:4 hesabı ilə darmadağın olduqdan və ölkə çempionatında "Xirona"ya 1:2 hesabı ilə məğlubiyyətdən sonra Kataloniya klubu üçün mühüm əhəmiyyət kəsb edib.
Bu qələbə sayəsində Hansi Flikin rəhbərlik etdiyi kollektiv ən yaxın izləyicisi olan Madrid "Real"ını bir xal qabaqlayaraq yenidən turnir cədvəlinin zirvəsinə yüksəlib.