AZ

Azərbaycan gimnastları Dünya Kubokunu altı medalla başa vurdular

Azərbaycan gimnastları Bakıda keçirilən Dünya Kubokunu 6 medalla başa vurublar.

Fanat.Az xəbər verir ki, son olaraq Selcan Mahsudova - Maqsud Mahsudov cütlüyü qarışıq sinxron proqramda qızıl mükafat qazanıblar.

Daha əvvəl tamblinqçilərdən Mixail Malkin qızıl, Tofiq Əliyev gümüş medala yiyələnib.

Batutçulardan Maqsud Mahsudov - Hüseyn Abbasov və Selcan Mahsudova - Şəfiqə Hümbətova cütlükləri sinxron proqramda bürünc, Selcan Mahsudova fərdi yarışda gümüş mükafata sahib çıxıb.

Seçilən
1
fanat.az

1Mənbələr