AZ

İranda DƏHŞƏT

Ajans.az xəbər verir ki, bu barədə "Jamaran" agentliyi məlumat yayıb. Tehran Universiteti, Xacə Nəsir, Şərif, Şəhid Behişti, Elm və Sənaye və digər universitetlərdə keçirilən nümayişlərdə "Bəsic" tələbə könüllüləri İran bayraqlarını qaldıraraq yanvar ayında həlak olanların xatirəsinə şüarlar səsləndiriblər. Həmçinin "mövcud quruluşu və inqilabın ali rəhbərini müdafiə edən" sədalar eşidilib. Məlumatda qeyd olunur ki, tələbələrin bir hissəsi isə dağıdıcı şüarlar qışqırıblar. Agentliyin məlumatına görə, bəzi çıxışlar real toqquşmalara və iğtişaşlara çevrilib. Şənbə günü Tehrandakı Şərif Texnologiya Universitetinin tələbələrinin mitinqinin etiraz aksiyasına çevrildiyi bildirilmişdi.

Yeni tədris semestrinin əvvəlindəki bu çıxışlar yanvar ayındakı kütləvi etirazlarda həlak olanların xatirəsinin 40-cı günü ilə üst-üstə düşüb.

Seçilən
13
Ajans.az

1Mənbələr