AZ

“Bayern”dən 40-50 milyon avro tələb edir - Müdafiəçisi üçün

“Nant”ın müdafiəçisi Taylel Tati karyerasını “Bayern”də davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubu fransalı futbolçunu heyətinə qatmaqda maraqlıdır.

Fransızlar Tati üçün 40–50 milyon avro tələb edir. Əvvəllər 18 yaşlı oyunçuya “Çelsi” də maraq göstərmiş və 30 milyon avro təklif etmişdi, ancaq “Nant” bu təklifi rədd etmişdi.

18 yaşlı müdafiəçi cari mövsümdə 19 oyuna çıxıb. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Seçilən
10
sportinfo.az

1Mənbələr