AZ

Dambrauskas: “Kəpəz”ə 2-3 qol vura bilərdik” – ARENA.AZ

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının 21-ci turu çərivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Masazırda baş tutmuş görüşündə meydan sahibləri 1:0 hesablı qələbəyə seviniblər.

Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Çox yaxşı oyun alındı. Son dəqiqələrdə fərqlənsək belə, komandadan razı qaldım. Rəqibə daha çox təzyiq edirdik. Çox qol epizodu yaratdıq. 2-3 qol vuraraq qələbə qazana bilərdik. “Kəpəz” də hücumlar edirdi. Biz bu günü unutmalıyıq. Sabahdan məşqlərimizə başlayıb növbəti oyun haqda düşünməliyik.

Bu oyunda qazandığımız çətin qələbə “Qarabağ”la matçdan öncə bizim üçün həyəcan siqnalı sayıla bilər. Amma nə etmək olar? Daha çox mübarizə aparmalıyıq və əlimizdən gələni etməliyik.

Çox istərdik ki, bizi daha çox azarkeş dəstəkləsin. Sanki biz qol vurduqca, qələbə qazandıqca azarkeşlərimiz daha da azalır. Bəlkə də hava şəraitinə görədir, bilmirəm. Qarşıdakı oyunda istərdim ki, stadion tam dolsun”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
5
11
arena.az

10Mənbələr