AZ

Orlovda Rusiya helikopterlərinə hücum: İki hava gəmisi məhv edilib?

Ukrayna mənbələrinin məlumatına görə, fevralın 20-si axşam saatlarında Rusiyanın Orlov vilayətində yerləşən “Puqachevka” aerodromuna hücum edilib. Hücum nəticəsində iki hərbi helikopterin sıradan çıxarıldığı bildirilir.

KONKRET.az xəbər verir ki, yayılan məlumatlara əsasən, zərbə zamanı 319-cu ayrı helikopter alayına məxsus Mi-8 və 16-cı Ordu Aviasiya Briqadasının “Alliqator” tipli Ka-52 helikopteri vurulub.

Hazırda hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən məlumat təsdiqlənməyib. Məlumatların dəqiqliyi yoxlanılır.

Natiq Səlim,
KONKRET.az

Seçilən
22
1
konkret.az

2Mənbələr