AZ

Ermənistanda hərbçi qətlə yetirildi

Ermənistanda 20 yaşlı hərbçi bıçaqlanaraq qətlə yetirilib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Tavuş vilayətinin Verin Tsaxkavan kənd sakini, müqaviləli hərbi qulluqçu Aram Xaçatryan Sevan şəhərində naməlum şəxs tərəfindən bıçaqlanaraq öldürülüb.

“Vətənin müdafiəçisi” proqramının iştirakçısı olan hərbçinin qətlə yetirilməsinin motivi hələlik məlum deyil. Kənd ağsaqqalı Aqasi Kazaryan bildirib ki, Xaçatryan ailəsi ilə birlikdə yaşayıb və təsərrüfatla məşğul olub.

Qeyd olunur ki, Aram Xaçatryan 2025-ci ildə Ermənistan silahlı qüvvələrinə çağırılıb. 6 ay sonra o, müqavilə imzalayaraq kəndin yaxınlığında yerləşən hərbi hissədə xidmətini davam etdirib. İki gün əvvəl növbəsini başa vuran hərbçi naməlum səbəblərdən Sevan şəhərinə yollanıb və elə orada qətlə yetirilib.

"Cebheinfo.az" 

Seçilən
16
cebheinfo.az

1Mənbələr