ain.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna Silahlı Qüvvələri ölkənin cənubunda yerləşən Dnepropetrovsk, Donetsk və Zaporojye vilayətlərinin qovşağında hücum əməliyyatları həyata keçirir.
Modern.az xəbər verir ki, Ukrayna KİV-lərinin Desant-Hücum Qoşunlarının komandanlığına istinadən yaydığı məlumata görə, hərbçilər səkkiz yaşayış məntəqəsini Rusiya diversiya-kəşfiyyat qruplarından “təmizləyib”. Qarşıya qoyulan əsas məqsəd Rusiya qüvvələrinin Zaporojye və Dnepropetrovsk vilayətləri istiqamətində irəliləməsinin qarşısını almaq və onları Dnepropetrovsk vilayətinin inzibati sərhədlərindən geri sıxışdırmaqdır.
Komandanlıq bildirib ki, Ukrayna desantçıları Rusiya ordusunun hücumlarını dəf edir, Aleksandrovsk istiqamətində vəziyyət isə “çox dinamik” olaraq qalır. Müqavimətə baxmayaraq, hücum bölmələri müəyyən əraziləri nəzarətə götürür.
Bundan əvvəl Cənub Müdafiə Qüvvələrinin sözçüsü yanvarın sonundan etibarən Qulyaypole və Aleksandrovsk istiqamətlərində əks-hücumlar nəticəsində 300 kvadrat kilometrdən çox əraziyə nəzarətin bərpa edildiyini açıqlamışdı. DeepState layihəsinin həmtəsisçisi Roman Poqorelı isə Orehov istiqamətində Primorsk və Lukyanovsk ətrafında “boz zona”nın təmizləndiyini bildirib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.