Bundesliqa 2-də 23-cü tur başa çatıb.
Fanat.Az xəbər verir ki, milli komandamızın üzvü Mahir Emrelinin şərəfini qoruduğu "Kayzerslautern" səfərdə "Preussen"lə qarşılaşıb.
Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. M. Ritter dubla imza atıbsa, N.Bassette 1 dəfə fərqlənib. Meydan sahiblərinin qollarını J. Heyer vurub.
Matça ehtiyat oyunçular skamyasında başlayan Mahirə Torsten Liberknext 88-ci dəqiqədə şans verib.
Qeyd edək ki, təmsilçimizin klubu 37 xalla 6-cı pillədə qərarlaşıb.
Kamil Xudiyev