AZ

Macarıstan Ukrayna qarşısında şərt qoydu

Ukrayna "Drujba" kəməri ilə neft nəqlini bərpa etməyincə, Macarıstan Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 20-ci sanksiyalar paketini bloklayacaq.

"Yeni Sabah" xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto "X" sosial şəbəkə hesabında yazıb.

"Fevralın 23-də keçiriləcək Aİ ölkələrinin XİN Başçıları Şurasının iclasında Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin qəbul edilməsi planlaşdırılır, lakin Budapeşt buna mane olacaq", - deyə o əlavə edib.

Siyarto əlavə edib ki, Kiyev Macarıstan və Slovakiyaya "Dujba" kəməri vasitəsilə neft tranzitini bərpa etməyincə, ölkəsi Kiyev üçün vacib olan qərarların qəbuluna icazə verməyəcək./Oxu.az


Telegram kanalımız
Seçilən
9
2
yenisabah.az

3Mənbələr