AZ

Kaşkilya Ayxan Abbasova söz atdı: “”Şamaxı” tez-tez qayda pozuntuları etməklə oyunun tempini aşağı salmağa çalışır”

“İmişli” Azərbaycan Premyer Liqasının 21-ci turunda “Şamaxı” ilə qolsuz bərabərə qalıb.

Msport.az xəbər verir ki, Quba Olimpiya Kompleksində keçirilən oyundan sonra meydan sahiblərinin baş məşqçisi Jorj Kaşkilya görüşü dəyərləndirib.

O, rəqib komandanın da “bostanına daş atıb”:

“Şamaxı” daha çox fiziki futbola üstünlük verir, uzun ötürmələrlə oynayır və tez-tez qayda pozuntuları etməklə oyunun tempini aşağı salmağa çalışır. Bu baxımdan qarşılaşma taktiki mübarizə şəraitində keçdi.

Bugünkü oyunda qalib gəlməli olan tərəfin “İmişli” olduğunu düşünürəm. Təəssüf ki, istəyimizə nail ola bilmədik və xal itkisi yaşadıq. Formal olaraq bir xal qazansaq da, oyunun axarını və yaratdığımız epizodları nəzərə alsaq, demək olar ki, iki xal itirdik. İki dəfə topun dirəyə dəyməsi və bir neçə real qol imkanından yararlana bilməməyimiz nəticəyə birbaşa təsir etdi. Komanda sona qədər mübarizə apardı, son dəqiqələrdə də qol vurmaq üçün çalışdıq, lakin istədiyimiz alınmadı”.

Seçilən
15
msport.az

1Mənbələr