AZ

Dövlət qurumları niyə bu qədər borc alıb? TƏHLİL

Azvision saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycanın yüksək maliyyə dayanıqlığına və xarici borclarını tam qarşılamaq imkanına malik ölkə olduğunu hər dəfə xüsusi vurğuyla qeyd edirik. Ölkənin strateji valyuta ehtiyatları 85,1 milyard ABŞ dolları təşkil edir ki, bu da xarici dövlət borcu üzrə göstəricini təqribən 17,7 dəfə üstələyir. Ümumi dövlət borcu (daxili və xarici) 25 milyard 987,5 milyon manat olmaqla, 2025-ci il üzrə Ümumi Daxili Məhsulunun (ÜDM) 20,1%-ni təşkil edib. Bunun 4 milyard 813,5 milyon ABŞ dolları (təxminən 8,18 milyard manat) xarici, 17 milyard 804,5 milyon manatını daxili dövlət borcudur. Daxili borcun 9 milyard manatı dövlət qiymətli kağızlarının payına düşür. Xarici dövlət borcu portfelinin 42,7%-i Maliyyə Nazirliyinin, 57,3%-isə digər qurumların icra etdikləri proqram və layihələr üzrə cəlb edilmiş öhdəliklər təşkil edir. Maliyyə Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “Azərbaycan Dəmir Yolları” QSC, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyi və Kənd Təsərrüfatı Nazirliyi ən çox xarici borc alan dövlət qurumları sayılırlar. 4 qurmun hər birinin xarici bocu 1 milyard manatdan çoxdur. İlin əvvəlinə olan məlumata görə Maliyyə Nazirliyinin 3 milyard 494,9 milyon manat, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 1 milyard 433 milyon, “Azərbaycan Dəmir Yolları” QSC-nn 1 milyard 294,6 milyon, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 1 milyard 30,7 milyon manat xarici bocu var. Hökumət adından çıxış edən Maliyyə Nazirliyini qoyuram kənara. Adları çəkilən digər qurumların niyə bu məbləğdə xarici borcları olmalıdır? Avtomobil Yolları Dövlət Agentliyi, Dövlət Su Ehtiyatları Agentliyi hər biri üzrə az qala 2 milyard manata yaxın olan borclarını öz təsərrüfat hesablarına qaytara biləcəklərmi? Əsas sual bundan ibarətdir! Kənd Təsərrüfatı Nazirliyinin 194,0 milyon manat xarici borcu var. Halbuki, ölkədə aqrar sektorun xarici borca bəlkə daha çox ehtiyacı vardır. Dövlət bu qurumun xəttilə xarici borclanmaya daha çox yol açmalı, zəmanətlə çıxış etməlidir. Avtomobil Yolları Dövlət Agentliyi, “Azərbaycan Dəmir Yolları” QSC, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kimi qurumların "problem və ehtiyaclarını" daxili maliyyə resursları hesabına da ödəmək olar. Ümumi strateji ehtiyatların təxminən 86,5%-i (yəni 73,5 milyard dollar) Dövlət Neft Ehtiyatları Fondunun (ARDNF) payına düşür. Adları çəkilən qurumların xarici vəsaitlər sayəsində borclanmaları effektiv xarakter daşıyırsa, başqa sözlə desəm, səmərəlilik dərəcəsi varsa, niyə 1 milyard manatdan bir az artıq vəsait bank sektoru vasitəsilə ARDNF-ə məxsus ehtiyatdan kredit xətti şəklində açılmır? Bu məsələ ilə bağlı hesablanma aparılmalı, qurumların təsərrüfat fəaliyyətləri yoxlanılmalı və mexanizm qurulmalıdır. Ən çox narahatlıq doğuran məqam odur ki, bu il ölkə üzrə xarici dövlət borcu artırılacaq. 2026-cı ilin dövlət büdcəsi haqqında qanunda Azərbaycanda daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 2 milyard, xarici isə 6 milyard manat müəyyən olunub. Bu, keçən illə müqayisədə müvafiq olaraq eyni və 71,4% çox deməkdir. Xarici borclanmanın artırılması əlbəttə, problem deyil. Lakin borca dövlət büdcəsindən xidmət məsələsi, başqa sözlə, dövlətin yükləndiyi borclar üzrə əsas məbləğin qaytarılması və faizlərin ödənilməsi prosesi vardır. Hər il dövlət büdcəsindən bu məqsədlə pul ayrılır. 2026-cı il üzrə büdcədə dövlət borcuna xidmət xərcləri üçün 2 milyard 457.6 milyon manat vəsait ayrılıb ki, bu, 2025-ci ilin eyni göstəricisi ilə müqayisədə təxminən 60 milyon manat çoxdur. Xaricdən borc alınması planı və tendensiyası ilə dövlət büdcəsi gəlirlərinin qarşıdakı illərdə artım tempi arasında yarana bilinəcək disbalans nəzərə alınmalıdır. Ortamüddətli dövrdə dövlət borcunun həcmi cari səviyyə ilə müqayisədə təqribən 25%-ə qədər yüksələcəyi halda, dövlət büdcəsinin gəlirləri cəmi 1,5 milyard manat və yaxud 3,9% artacaq.

Pərviz Heydərov

Xüsusi olaraq AzVision.az üçün

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
azvision.az

2Mənbələr