AZ

“Qalatasaray” matçı öncəsi “Yuventus”da Kenan Yıldız həyəcanı

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda "Qalatasaray"la qarşılaşacaq "Yuventus"da ciddi itki baş verib. Turin təmsilçisinin gənc istedadı Kenan Yıldızın zədələnməsi italyanları təşvişə salıb.

İdman.Biz xəbər verir ki, Türkiyə millisinin üzvü şənbə günü "Komo"ya 0:2 hesabı ilə uduzduqları matçda zədə alıb. İtaliya mətbuatının yaydığı məlumata görə, 20 yaşlı hücumçunun baldır nahiyəsində problem yaranıb və onun İstanbul təmsilçisinə qarşı meydanda olub-olmayacağı hələ dəqiqləşməyib.

Qeyd edək ki, Kenan Yıldız cari mövsümdə "Yuventus"un heyətində çıxdığı 35 matçda doqquz qol və yeddi məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
icma.az

2Mənbələr