Müğənni Nəfəs Məmmədli “Laroza Home” şirkəti tərəfindən aldadıldığını iddia edir.
NOCOMMENT.az-ın məlumatına görə, sənətçi bununla bağlı sosial şəbəkə hesabında video paylaşaraq başına gələnləri ictimailəşdirib.
Müğənni bildirib ki, məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və hüquq-mühafizə orqanlarına müraciət edir.
Onun sözlərinə görə, şirkətin rəhbəri Orxan Bünyadzadə evin təmiri və mebellə təmin olunması üçün ödənişin əvvəlcədən, tam şəkildə edilməsini tələb edib. Sənətçi iddia edir ki, tələb olunan məbləği ödəməsinə baxmayaraq, şirkət üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib və məsələ ilə bağlı əsaslı açıqlama vermir.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyi hələlik məlum deyil.
Videonu təqdim edirik: