AZ

"Mançester Yunayted" braziliyalıya müqavilə təklif etdi

"Mançester Yunayted" Kazemiroya yeni müqavilə təklif edib.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 33 yaşlı futbolçunun xidmətinə daha bir il ehtiyac duyub.

Braziliyalının "Mançester Yunayted"lə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. Lakin Kazemironun özü komandanı tərk etmək istəyir.

Tərəflər arasında razılıq olarsa, yeni müqavilə imzalanacaq. Əks halda, təcrübəli futbolçu Mançesteri tərk edəcək.

Kazemiro “Sao Paolo”, “Real”(Madrid), “Porto” klublarında oynadıqdan sonra 2022-ci ildə “Mançester Yunayted”ə keçib.

 

saytlarin hazirlanmasi

Seçilən
13
sportal.az

1Mənbələr