AZ

SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi

SOCAR, Cənubi Qafqazda tam elektrik enerjisi ilə işləyən ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verib.

Şirkətin yaydığı məlumatda bildirilir ki, yeni stansiya dörd şarj cihazı vasitəsilə eyni vaxtda altı avtomobilə xidmət göstərir. Onlardan ikisi 120 kVt gücündə sürətli şarj imkanı təqdim edir. Stansiya qismən günəş enerjisi ilə işləyir. Burada sıfır plastik konsepsiyalı “WAY MART” mağazası da fəaliyyət göstərir.

Hazırda SOCAR-ın Gürcüstandakı 15 yanacaqdoldurma stansiyasında elektrikli nəqliyyat vasitələri üçün şarj xidməti təqdim olunur və şəbəkənin genişləndirilməsi davam etdirilir.

İş elanları AzVak.az-da

Seçilən
13
1
marja.az

2Mənbələr