AZ

“Şamaxı” “İmişli” ilə heç-heçə etdi

Misli Premyer Liqasının 21-ci turunda növbəti qarşılaşma baş tutub.

"Yeni Sabah" xəbər verir ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirilən oyunda "İmişli" "Şamaxı"nı qəbul edib. Oyun qolsuz heç-heçə başa çatıb. 

Hazırda meydan sahibləri 20 xalla 9-cu, "Şamaxı" 25 xalla 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, XXI turun əvvəlki matçlarında "Turan Tovuz" "Zirə"ni, "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (hər ikisi 2:0) məğlub edib. "Sumqayıt" - "Qəbələ" qarşılaşması qolsuz başa çatıb. Turun "Neftçi" - "Qarabağ" oyunu isə qeyri-müəyyən müddətə təxirə salınıb.


Telegram kanalımız
Seçilən
8
9
yenisabah.az

7Mənbələr