ain.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
Matçda qırmızı vərəqə aldı, klubdan ayrılmaq qərarı verdi
"Çelsi"nin müdafiəçisi Uesli Fofana yay transfer pəncərəsində London klubundan ayrıla bilər.
QOL.az xəbər verir ki, "TopSkills Sports UK" nəşrinin məlumatına görə, fransalı futbolçu dünənki "Bernli" ilə heç-heçə bitən matçdan (2:2) sonra komandanı tərk etmək qərarına gəlib.
Həmin görüşdə meydandan qovulan müdafiəçi azarkeşlər tərəfindən irqçi təhqirlərə məruz qalıb. Bildirilir ki, London təmsilçisi Fofana üçün gələcək təklifləri nəzərdən keçirməyə hazırdır.
Xatırladaq ki, Uesli Fofana 2022-ci ildə 80 milyon avro qarşılığında "Lester"dən "Çelsi"yə transfer olunub. Onun klubla müqaviləsi 2029-cu il iyununa qədər qüvvədədir. 23 yaşlı oyunçu cari mövsümdə London klubunun heyətində bütün turnirlərdə 26 matça çıxıb və iki məhsuldar ötürmə ilə yadda qalıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.