AZ

Bakıda kilosu 222 manata şokolad satılır – VİDEO

Bakıda yerləşən marketlərdən birində satışa çıxarılan yüksək qiymətli şokolad sosial şəbəkələrdə gündəmə çevrilib.

Turkustan.az xəbər verir ki, yayılan videogörüntülərdə market rəflərində kilosu 70, 150 və 222 manata təklif olunan şokoladların satışa çıxarıldığı görünür.

Məhsulun hansı ticarət şəbəkəsində satıldığı barədə isə məlumat verilməyib.

Qeyd olunur ki, ən yüksək qiymətə təqdim edilən şokoladın tərkibində badam əzməsi var və onun yüksək keyfiyyətə malik olduğu bildirilir.

Sosial şəbəkələrdə sürətlə yayılan paylaşım istifadəçilər arasında maraq doğurmaqla yanaşı, bahalı qida məhsullarının satış qiymətləri ilə bağlı geniş müzakirələrə yol açıb./Musavat.com

Seçilən
15
turkustan.az

1Mənbələr