AZ

PSJ Holandın transferi üçün hərəkətə keçib

Fransa futbolunun nəhəngi PSJ heyətinə dünya miqyaslı ulduz qatmaq üçün iddialı addım atıb. Paris təmsilçisi "Mançester Siti"nin bombardiri Erlinq Holandı transfer etmək üçün aktiv çalışmalara başlayıb.

İdman.Biz xəbər verir ki, bu keçid Usman Dembelenin komandadakı gələcəyindən asılı deyil. Paris klubu norveçli hücumçunu heyətinə qatmaqla hücum xəttini tamamilə yenidən qurmağı hədəfləyir.

Transferin reallaşma ehtimalını artıran əsas amil "Mançester Siti"nin üzləşdiyi hüquqi problemlərdir. İngiltərə klubuna Maliyyə Feyr-Pleyin 115 qaydasını pozduğu üçün bu il sərt cəza verilə biləcəyi gözlənilir. Bu vəziyyət klubun aparıcı oyunçularını, o cümlədən Holandı itirməsinə səbəb ola bilər.

Hazırda transfer bazarında Erlinq Holandın qiyməti 200 milyon avro (400 milyon AZN) civarında qiymətləndirilir.

İdman.Biz
Seçilən
15
1
idman.biz

2Mənbələr