AZ

Qazaxın adı tarix boyu mərdlik, sarsılmaz birlik və el-obaya sədaqətlə yanaşı çəkilib

Qazaxın

‼️Qazaxın adı tarix boyu mərdlik, sarsılmaz birlik və el-obaya sədaqətlə yanaşı çəkilib.Bu gün Çaylı kəndində yüksələn quruculuq ruhu həmin qədim ənənənin müasir davamıdır. Burada sadəcə bir stadion yenilənmir — burada Çaylının sabahı qurulur, gəncliyə işıqlı yol açılır, kəndin həmrəyliyi daha da möhkəmlənir.Hər böyük işin arxasında dövlətin diqqəti və xalqın inamı dayanır. Yanvarın 13-də Qazax Rayon İcra Hakimiyyətinin başçısıRəcəb Babaşov sakinlərlə görüşərək stadionun bərpası ilə bağlı müraciətə yerindəcə müsbət münasibət bildirdi. Bu, rəhbər qayğısının və xalqa olan diqqətin bariz nümunəsi oldu. Verilən dəstək kənd əhalisinə əlavə güc, əlavə inam verdi və “Qazax İdman Paytaxtı 2026” hədəfinə doğru inamlı başlanğıc qoyuldu.Ulisum.az-ın bölgə müxbiri xəbər verir ki, bu nəcib təşəbbüsün əsas başlanğıc nöqtəsi isə Layiq müəllimin vətənpərvər addımı oldu. Ömrünü idmana həsr etmiş bir insan kimi o, həm maddi, həm də mənəvi dəstəyini əsirgəmədi və bu işə ilk təkan verən şəxs oldu. Onun təşəbbüsü bir çağırışa çevrildi və bu gün onlarla insanı bir amal ətrafında birləşdirdi. Bu addım təkcə xeyirxahlıq deyil, gələcək nəsillərə qoyulan dəyərli bir mirasdır.Bu gün stadionun hər qarışında zəhmət var, alın təri var. Kimisi dirək bərkidir, kimisi torpağı hamarlayır, kimisi metal tor çəkir. Maddi dəstək verən hər bir xeyirxah insanın adı rəsmi şəkildə siyahıya alınır. Bu siyahı sadəcə adlardan ibarət deyil — bu, Çaylının birlik və qeyrət salnaməsidir.Rəhbərliklə xalqın bir amal uğrunda birləşməsi bir daha göstərir ki, Qazaxda sözlə əməl birdir. Birlik olan yerdə isə heç bir zirvə əlçatmaz deyil.Halal olsun sizə, ey Çaylı sakinləri!Bu işə bir kərpic qoyan, bir manat dəstək verən, bir saat zəhmət çəkən hər kəsə halal olsun!Belə həmrəylik olduqca Qazaxın gələcəyi hər zaman işıqlı və qürurlu olacaq.E.QuliyevUlusum.az

Diqqət Çəkənlər

Nazirlikdən üzərliklə bağlı xəbərdarlıq

Qazaxın adı tarix boyu mərdlik, sarsılmaz birlik və el-obaya sədaqətlə yanaşı çəkilib

Seçilən
15
ulusum.az

1Mənbələr