AZ

Macarıstan Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiyalar paketini dəstəkləməyəcək

BAKI, 22 fevral. TELEQRAF

Macarıstan xarici işlər və ticarət naziri Peter Siyatro rəsmi Budapeştin Avropa İttifaqı(Aİ) tərəfindən Rusiyaya qarşı hazırlanan 20-ci sanksiyalar paketini dəstəkləməyəcəyini bəyan edib.

Teleqraf xəbər verir ki, nazir bu qərarın əsas səbəbinin Ukrayna ərazisi vasitəsilə Rusiyadan Macarıstana nəql edilən “Drujba” neft kəməri ilə neft tranzitinin dayandırılması olduğunu bildirib.

P.Siyartonun sözlərinə görə, Ukrayna bu kəmər vasitəsilə neft nəqlini tam bərpa etməyincə, Budapeşt Aİ-nin Rusiyaya qarşı yeni məhdudiyyətlərinə dəstək verməyəcək:

“Rəsmi Budapeşt həmçinin Ukraynaya ayrılması planlaşdırılan yeni maliyyə yardım paketlərinə də veto qoyacaq”.

Seçilən
12
teleqraf.com

1Mənbələr