“Atletiko”nun hücumçusu Ademola Lukman növbəti dəfə fərqlənib. Aut.az xəbər verir ki, bu dəfə o, “Espanyol”un (3:1) qapısına yol tapıb.
Publika.az xəbər verir ki, “matrasçılar”ın yeni transferi 58-ci dəqiqədə hesabı 3:1 edib, lakin üç dəqiqə sonra əvəzlənib. 28 yaşlı futbolçu Madrid klubunun heyətində bütün turnirlər daxil olmaqla ilk 6 oyunda 4 qol vurub.
Bu, 2020/21 mövsümündən bəri ən yaxşı göstəricidir. Həmin mövsümdə Luis Suares də eyni statistikaya sahib idi.
La Liqa nəhəngi Lukmanı fevralın əvvəlində İtaliyanın “Atalanta” klubundan 35 milyon avroya transfer edib.